User Instructions

Table Of Contents
0478 111 9841 B - AZ
330
12.1 Ümumi
Mütəxəssis vasitəçi tərəfindən illik
xidmət:
Qazon biçən mütəxəssis vasitəçi
tərəfindən illik yoxlanmalıdır. STIHL,
STIHL mütəxəssis vasitəçilərini tövsiyə
edir.
12.2 Alışdırma motoru
Texniki baxış üzrə interval:
Motorun təlimat kitabçasına baxın.
Ümumi göstərişlər:
Motor üçün təmin olunmuş təlimat
kitabçasında xidmət və texniki baxış
göstərişlərinə diqqət yetirin.
Uzun müddətli istifadə zamanı yağın
kifayət qədər həcmi, yağın və hava
filterinin müntəzəm dəyişdirilməsi vacibdir.
Məsləhət görülən yağ
dəyişdirilməsi-fasilələri, o cümlədən motor
yağı və yağın həcmi ilə bağlı məlumatı
motorun istifadə təlimatında tapa
bilərsiniz.
Sərinlədici alətlər hər zaman təmiz
saxlanmalıdır, bu, motorun kifayət qədər
soyumasını mümkün edə bilər.
12.3 Cihazı təmizləyin
Texniki baxış üzrə interval:
Hər işdən sonra
Ehtiyatla davanma cihazınızı zədələrdən
qoruyur və istifadə müddətini uzadır.
Ən yüksək kəsim hündürlüyünü seçin.
(Ö 8.4)
Ot səbətini çıxarın. (Ö 8.3)
Təmizləmə mövqeyi RM 443, RM 443 T,
RM 448 PT, RM 448 T, RM 448 TX:
Sükanın yuxarı hissəsini (1) tutun və
çevik dartıcını açın - aşağı qatlayın.
Sükanın yuxarı hissəsini (1) geriyə
bükün.
Qapağı (2) açın və saxlayın.
Cihazı qabağa doğru qaldırın və
şəkildəki kimi təmizləmə mövqeyinə
gətirin.
Təmizləmə mövqeyi RM 448 PC,
RM 448 TC, RM 448 VC:
Yuxarı qaldırmaq üçün cihazın sağında
dayanın.
Sükanın yuxarı hissəsini aşağı
mövqeyə gətirin (yerə dəyənə kimi
tutacaq bu mövqedə bükülmür). (Ö 8.2)
Atma qapağını (2) sağ əllə açın və
saxlayın.
Sol əl ilə şəkildəki kimi konsolu tutun və
atma qapağını saxlayın. Eyni zamanda
tutacağı (3) baş barmaqla işə salın və
saxlayın.
Cihazı sağ əl ilə qabaq tutacaqda
saxlayın və şəkildəki kimi sükan yerə
dəyənə kimi yavaş-yavaş geriyə bükün.
Atma qapağını (2) və tutacağı (3)
buraxın və cihazın təhlükəsiz
vəziyyətini yoxlayın.
Təmizləməyə dair göstərişlər:
Çirkləri yalnız bir az su, fırça və ya
dəsmal ilə təmizləyin. Xüsusilə biçmə
bıçağını təmizləyin. Yüksək təzyiqli
suyu heç vaxt daxili yanma
mühərrikinin, birləşdirici hissələrin,
toplanma hissələrinin üzərinə
yönəltməyin.
Yığılmış ot qalıqlarını əvvəlcədən taxta
ilə kənarlaşdırın.
Lazım gələrsə xüsusi təmizləyicidən
istifadə edin (məs. STIHL xüsusi
təmizləyici).
12.4 Bıçaq qaynağını yoxlayın
Texniki baxış üzrə interval:
İşə başlamamışdan əvvəl
12. Texniki baxış
Yaralanma təhlükəsi!
"Sizin təhlükəsizliyinizə dair"
hissəsindəki təhlükəsizlik
göstərişlərinə diqqət yetirin (Ö 4.).
Yaralanma təhlükəsi!
Daxili yanma mühərrikini söndürün,
şamı dartın və cihazı soyumağa
qoyun.
Təmizləmə mövqeyinə
gətirməmişdən əvvəl yanacaq
çənini boşaldın (boşuna
işlətməklə).
Cihaz yalnız açılmış qapaqla
təmizləmə mövqeyində durur.
19
Yaralanma təhlükəsi!
Bıçaq tətbiq yeridən və
müddətindən asılı olaraq kəskin
yeyilə bilər. Cihazı qumlu yerdə və
quru şəraitdə istifadə etdikdə, bıçaq
güclü zədələnə və tez yeyilə bilər.
Bərkidilmiş biçmə bıçağı çıxa və
ağır yaralanmaya səbəb ola bilər.
Bıçağın texniki baxışına dair
göstərişlərə hər zaman əməl etmək
lazımdır.
20