User Instructions

Table Of Contents
0478 111 9841 B - AZ
322
4.6 İş zamanı
Heyvanlar və ya insanlar,
xüsusilə də uşaqlar təhlükə
sahəsində olduqda heç bir vaxt
işləməyin.
Cihazda quraşdırılmış açar və
təhlükəsizlik cihazları çıxarılmamalı və ya
ləğv edilməməlidir. Motorun
dayandırılması üzrə qolunu heç bir vaxt
sükan hissəsinə bərkitməyin
(məs. birləşdirici ilə).
Diqqət Yaralanma təhlükəsi!
Əlinizi və ya ayağınızı heç bir
zaman fırlanan hissələrin altına
və ya üstünə aparmayın.
Hərəkətli bıçağa əl vurmayın. Atılan
hissələrdən kənarda dayanın.
Sükan tərəfindən verilən təhlükəsizlik
məsafəsinə hər zaman riayət edin. Sükan
hər zaman qaydalara uyğun montaj
edilməlidir və dəyişdirilə bilməz. Cihazı
heç bir zaman nükülmüş sükanla işə
salmayın.
Sükanın əksinə heç bir maddə
yerləşdirməyin (məs. iş geyimi).
Yalnız gün işığı və ya yaxşı süni
işıqlandırılmış mühitdə işləyin.
Cihazla yağış, qığılcım və ildirim zamanı
işləməyin.
Nəm mühitdə yüksək qəza təhlükəsi
mövcuddur.
Sürüşmənin qarşısını almaq üçün
xüssusilə ehtiyatlı olmaq lazımdır.
Mümkün olduqda nəm ərazidə cihazla işə
imkan verməyin.
Çıxan qaz:
Motor işə düşən kimi motordan
qalıq qaz havaya çıxır. Bu
qazların tərkibində karbon
monoksid, rəngsiz və dadsız
qaz, o cümlədən ziyanlı maddələr var.
Motoru heç bir zaman bağlı və ya pis
havalana ərazidə işə salmayın.
İşə salma:
Cihazı ehtiyatla işə salın "Cihazı işə
salın" (Ö 11.) bölməsindəki göstərişlərə
əməl edin. Bu göstərişlərə əsaslanan işə
salma yaralanma təhlükəsini azaldır.
Yaralanma təhlükəsi!
İşə salma ipi çevik şəkildə geriyə gedirsə,
əl və qol tez tanma motoruna doğru
yönəldilir, çünki işə salma ipi buraxıla bilər.
Bu geriyə vurma sümük sınmasına,
burulma və ilişmələrə gətirib çıxara bilər.
İşə salma zamanı hər zaman ayaqlarınızın
kəsmə alətlərindən kifayət qədər uzaq
olmasına diqqət yetirin.
Cihazı işə salarkən aşırtmaq olmaz.
Hərəkətə salınarkən dartma diski işə
salına bilməz.
Kənara atma kanalı qapaq və ya ot yığan
yeşiklə örtülmədikdə motoru işə salmayın.
Sallanma vəziyyətində iş:
Köndələn istiqamətdə yerləşdikdə iş
görün, uzununa salladaraq iş görməyin.
Uzununa yerləşdirmə zamanı otbiçənin
istifadəçisi nəzarəti itirir, cihaz bu zaman
onun üstünə çıxa bilər.
Salanma zamanı gediş istiqamətini
dəyişərkən xüsusilə diqqətli olun.
Sallanma zamanı yaxşı vəziyyətə diqqət
yetirin və kəskin sallnma zamanı işin
qarşısını alın.
Təhlükəsizlik səbəbindən cihaz 25°-lik
maili yerdə (46,6 %) sallanıla bilməz.
Yaralanma təhlükəsi!
25° asılma meyli şaquli 100 sm-lik üfqi
uzunluqda 46,6 sm şaquli qalxmaya
bərabərdir.
Motorun kifayət qədər yağlanmasına əmin
olmaq üçün, cihazı işə salarkən motorun
istifadə göstərişlərinə diqqət yetirin.
Fəaliyyət:
Ot biçən fəaliyyətdə olarkən
bıçağı düzəltməyə çalışmayın.
Ot biçən fəaliyyətdə olarkən
qapağı və ot səbətini çıxarmağa
çalışmayın. Hərəkətli bıçaq yaralanmaya
gətirib çıxara bilər.
Zəhərlənmə vasitəsilə həyati
təhlükə!
Ürəkbulanması, baş ağrısı, görmə
qabilyyətinin pozulması
(məs. görüntünün kiçilməsi
zamanı), eşitmə qabliyyətinin
pozulması, baş gicəllənmə,
konsentrasiyanın pozulması
zamanı işi dərhal dayandırın. Bu
simptomlar digərləri ilə yanaşı
çıxan qazın konsentrasiyası
nəticəsində yarana bilər.
Yaralanma təhlükəsi!
Əlinizi və ya ayağınızı heç bir
zaman fırlanan hissələrin üzərinə,
altına və ya üstünə aparmayın.