User Instructions

Table Of Contents
321
ENSKTRHUSRHRCSLVLTROELBGETKK AZ
0478 111 9841 B - AZ
4.3 Geyim və alətlər
İş zamanı altlığa malik iş
ayaqqabısı geyinmək lazımdır.
Heç bir vaxt ayaqqabısız və ya
məsələn sandalla işləməyin.
Texniki baxış və təmizləmə
işləri zamanı, o cümlədən
cihazın nəqli zamanı hər zaman
bərk əlcəklər geyinin və saçınızı
bağlayın (örpək, papaq və s).
Ot biçən cihazın bıçaqları
itilənərkən müvafiq qoruyucu
eynəkləri geyinin.
Cihazı yalnız uzun şalvar və boş
olmayan geyimlə işə salmaq olar.
Heç bir vaxt boş geyim geyinməyin, o
hərəkətli hissələrə (xidmət tutacağına)
ilişə bilər o cümlədən zərgərlik məmulatı,
qalstuk və şərf də taxmayın.
Əməliyyat zamanı səs olur. Səs
sizin eşitmənizə xələl yetirə
bilər.
Eşitmə qabliyyətini qoruyan
qulaqcıqdan istifadə edin.
4.4 Cihazın nəqli
İti uclu və isti cihaz hissələrində
yaralanmanın qarşısını almaq üçün əlcək
geyinin.
Cihazı motoru işləyərkən nəql etməyin.
Nəql etməmişdən əvvəl motoru söndürün,
bıçağın dayanmasını gözləyin və şamı
dartın.
Cihazı motoru soyutduqda və mayesiz
şəkildə nəql edin.
Aidiyyatlı yardımçı hissələrdən (yükləmə
hissələri, qaldırma alətləri) istifadə edin.
Cihaz və onunla birlikdə nəql edilən cihaz
hissələrini (məs. ot səbəti) yükləmə
hissəsinə kifayət qədər bərkliyə malik
vasitələrlə (qayış, ip və s.) bərkidin.
Qaldırma və daşıma zamanı biçmə bıçağı
ilə əlaqəyə imkan verməyin.
Zəhmət olmasa, "Nəql" bölməsində
məlumatlara baxın. Orada cihazı necə
qaldırmaq o cümlədən daşımağa dair
məlumatlar göstərilib. (Ö 13.)
Cihazın nəqli zamanı regional qaydalara, o
cümlədən yük yerində yükün təhlükəsizliyi
və onun nəqli ilə bağlı qaydalara diqqət
yetirin.
4.5 İşdən əvvəl
Cihazda yalnız onun təlimat kitabçasını
oxumuş adamların işləməsinə əmin olun.
Cihazı istismara verməsindən əvvəl
yanacaq sisteminin, xüsusiləçən, çənin
bağlayıcı qurğusu, şlanq birləşmələri kimi
görülən hissələrinin germetikliyni yoxlayın.
Qeyri-germetiklik və ya daxili yanacaqlı
mühərrikinin zədələnməsi aşkar
olunduqda - Yanğın riski!
istismara verilmədən əvvəl cihazı təmirə
təhvil verin və ya dəyişdirilmək üçün
satıcıya göndərin.
Motor və elektrik motorlarına malik bağ
cihzlarının iş vaxtına dair ərazidəki
qaydalara diqqət yetirin.
Cihazın işə salınacağı sahəni tam yoxlayın
və daş, çubuq, məftil və cihaza mane ola
biləcək digər yad cismləri kənarlaşdırın.
Maneələr (məs. ağac hissələri, köklər) ot
yüksək olduqda görünməyə bilər.
Buna görə cihazda işə başlamamışdan
əvvəl sahədəki kənarlaşdırıla bilinməyən
yerləri (maneələri) qeyd edin.
Bütün qüsurlu, köhnə və ya zədələnmiş
hissələr maşını istifadə etməzdən əvvəl
dəyişdirilməlidir. Maşında istənilən
oxunmayan və ya zədələnmiş təhlükəsizlik
işarələri və xəbərdarlıqlarını dəyişdirin.
STIHL mütəxəssisinizdə əvəzedici
yapışqanlar və bütün digər ehtiyat
hissələrinin təchizatı var.
Cihazı istifad əetməmişdən əvvəl
yandırma şamının bərkliyini və
təhlükəsizliyini yoxlayın.
Cihaz yalnız müvafiq istismar vəziyyətində
istifadə edilə bilər. Hər istifadədən öncə
yoxlanılmalıdır:
cihazin müvafiq şəkildə quraşdırılıb.
kəsim aləti və bütöv kəsim qurğusu
(kəsim bıçağı, bərkidici elementlər,
biçmə cihazının korpusu) yaxşı
vəziyyətdədir. Xüsusilə, təhlükəsiz
bərkitmə, zədə (çərtik və ya çatlaqlar)
və aşınma üçün yoxlayın.(Ö 12.4)
çən qapağı müvafiq şəkildə
bərkidilibmi.
çən və yanacaq daşıyıcı hissələr,
həmçinin çənin qapağı yaxşı
vəziyyətdədirmi.
təhlükəsizlik hissələri (məs. motorun
dayandırılması üzrə qol, tullama
qapağı, korpus, sükan, qoruyucu
çərçivə) qüsursuz vəziyyətdədirmi və
mükəmməl işləyirmi.
ot tutan səbət zədələnməyib və düzgün
şəkildə yerləşdirilib; zədələnmiş ot tutan
səbəti istifadə edilməməlidir.
yağ tökülən hissənin qapağı müvafiq
şəkildə bərkidilibmi.
İstənilən zəruri işi icra edin və ya
mütəxəssis vasitəçi ilə məsləhətləşin.
STIHL, STIHL distribyutorlarını tövsiyə
edir.