Instruction Manual

Table Of Contents
0478-983-9912-A
284
Azərbaycan dili
7 Saxlamaq
Hər 3 aydan bir və ya 25 işləmə saatından sonra:
Hava süzgəcini təmizləyin, @ 7.4.
Hər 6 aydan bir və ya 50 işləmə saatından sonra:
Motor yağını dəyişdirin, @ 7.6.
Alışdırma şamlarını yoxlayın, @ 7.5.
Hər 12 aydan bir və ya 100 işləmə saatından sonra:
Yoxlanma ixtisaslı distribyutor tərəfindən həyata
keçirilməlidir. STIHL, STIHL distribütorlarını tövsiyə edir.
7.2 Yağ səviyyəsini yoxlamaq
STIHL cihazını hamar səthin üzərinə qoyun.
Motoru söndürün.
Yağ ölçmə çubuğunu (1) açıb çıxarın və dəsmalla
təmizləyin.
Yağ ölçmə çubuğunu (1) doldurma borusuna yerləşdirin
amma bərkitməyin.
Yağ ölçmə çübuğunu çıxarın və yağ doldurma dərəcəsini
ölçmə şkalasında (2) oxuyun. Lazım lərsə motor yağını
uyğun bir qıfla maksimal yağ doldurma dərəcəsinə (3)
çatana qədər yenə doldurun.
Yağ ölçmə çubuğunu (1) fırladıb bağlayın.
7.3 Hava süzgəcini dəyişmək
Motoru söndürün.
STIHL cihazını hamar bir səthə qoyun.
Hava süzgəcinin qapaq və gövdəsini dəsmalla təmizləyin.
Braketləri (1) basın.
Qapağı (2) açın.
Kağız süzgəci (3) çıxarın.
Kağız süzgəci (3) yoxlayın. Əgər kağız süzgəci üzərində
zədələnmələr və ya çox şiddətli çirklənmələr görünürsə,
süzgəci dəyişin.
Kağız süzgəci (3) daxil edin.
Qapağı (2) yerinə qoyun braketlər (1) yerlərinə oturana
qədər basın.
7.4 Hava süzgəcini təmizləmək
Hava süzgəcini müəyyən edilmiş baxım fasilələri ilə
təmizləyin, @ 7.1. STIHL cihazının tozlu mühitdə istifadəsi
zamanı süzgəci tez-tez təmizləyin.
Motoru söndürün.
STIHL cihazını hamar səthin üzərinə qoyun.
Hava süzgəcinin qapaq və korpusunu bir dəsmalla
təmizləyin.
Kağız süzgəci çıxarın, @ 7.3.