Instruction Manual

Table Of Contents
0478-983-9912-A
283
Azərbaycan dili
6 Təmizləmək
Diqqət
Motor, motor yağı olmadan müştəriyə çatdırılır.
İcazə verilən yağ doldurma dərəcəsindən az və ya çox
doldurma, motorda zədələrə gətirib çıxara bilər.
Birinci dəfə işə başlamamışdan əvvəl motor yağını
doldurun.
STIHL cihazını hamar səthin üzərinə qoyun.
Motoru söndürün.
Yağ ölçmə çubuğunu (1) fırladıb çıxarın.
Lazım gələrsə motor yağını uyğun bir qıfla maksimal yağ
doldurma dərəcəsinə (2) çatana qədər doldurun.
Yağ tutumu 0,5 litrdir.
Yağ ölçmə çubuğunu (1) fırladıb bağlayın.
Hər dəfə işə başlamamışdan əvvəl motor yağı səviyyəsini
yoxlayın. @ 7.2. Lazımsa motor yağı əlavə edin.
Motor standart 4-taktlı motor yağları üçün nəzərdə
tutulmuşdur.
SF, SG, SH, SJ və daha yüksək sinif motor yağlarından
istifadə edin.
STIHL aşağıdakı motor yağlarının istifadəsini məsləhət
görür:
SAE 30
SAE 10W-30
Yağ növlərini STIHL cihazlarının işlədiyi yerdəki xarici
temperatura uyğunlaşdırın:
4°C-dən yüksək temperaturda fəaliyyət: SAE 30
4°C-dən aşağı temperaturda fəaliyyət: SAE 10W-30
6.1 Motoru təmizləmək
Motoru söndürün.
Motoru soyumağa qoyun.
Motoru nəm dəsmalla təmizləyin.
Havalandırma boşluqlarını bir fırça ilə təmizləyin.
7.1 Texniki baxış intervalları:
Texniki baxış intervalları mühit şəraiti və iş şəraitindən
asılıdır. STIHL aşağıdakı texniki baxış intervallarını
məsləhət görür:
Hər istifadədən əvvəl:
Yağ səviyyəsini yoxlayın, @ 7.2.
Hava süzgəcini yoxlayın, @ 7.3.
İlk bir aydan sonra və ya 5 işləmə saatından sonra:
Motor yağını dəyişdirin, @ 7.6.
6Təmizləmək
7Saxlamaq