AC1715 Təlimat kitabçası
Mündəricat 1 2 3 4 5 6 7 8 Vacib ���������������������������������������������������������������������������������������� 2 Təhlükəsizlik ��������������������������������������������������������������������������������������������2 Elektromaqnit sahələr (EMS) ��������������������������������������������������������������4 Təkrar emal ���������������������������������������������������������������������������������������������4 Sadələşdirilmiş Aİ uyğunluq bəyannaməsi ������������������������������
1 Vacib Təhlükəsizlik Cihazdan istifadə etməzdən əvvəl bu təlimat kitabçasını diqqətlə oxuyun və onu gələcəkdə istinad etmək üçün saxlayın. Ən yaxşı performansı təmin etməsi üçün təmizləyicinizi ən son versiyaya təkmilləşdirdiyinizdən əmin olun. Bu təkmilləşdirməni Air+ proqramı vasitəsilə edə bilərsiniz. Təhlükə • Elektrik şoku və/və ya yanğın təhlükəsindən yayınmaq üçün cihazı su, hər hansı başqa maye, ya da (alışan) yuyucu vasitə ilə yumayın, yaxud onların cihaza daxil olmasına imkan verməyin.
Maksimum çıxış gücü 100 mW EIRP olan, 802.11b/g/n, 2.4 GHz əsaslı standart Wi-Fi interfeysi. • RF çıxış gücü 10 mW EIRP göstəricisindən az olan, 2.4 GHZ tezlikdə 5.0 versiyalı Bluetooth (LE). Ehtiyat tədbiri • Bu cihaz düzgün ventilyasiya, tozsoranla mütəmadi təmizləmə üçün və ya yemək bişirərkən ocaq başlığı, yaxud sərinkeş kimi istifadəyə uyğun deyil. • Cihazı həmişə quru, stabil, düz və horizontal səthə yerləşdirin. • Cihazın ətrafında ən azı 20 sm, yuxarısında isə ən azı 30 sm boş yer buraxın.
• • • Cihaz yalnız normal işləmə şərtlərində məişətdə istifadə üçün nəzərdə tutulub. Cihazı nəm mühitlərdə və ya rütubətin, yaxud ətraf temperaturun yüksək olduğu hamam otağı, ayaqyolu və ya mətbəx kimi mühitlərdə, ya da kəskin temperatur dəyişikliklərinin olduğu otaqda istifadə etməyin. Cihaz karbon monoksidi (CO) və ya radonu (Rn) yox etmir. O, yanma prosesləri və təhlükəli kimyəvi maddələrlə əlaqədar qəza hallarında təhlükəsizlik cihazı kimi istifadə edilə bilməz.
Məhsul icmalı Nəzarət paneli Hava çıxışı Hissəcik sensoru NanoProtect filtri (FY1700/30) Arxa örtük Ştepsel çəngəli adapteri* (KA3601A2401500EU ) *Yalnız təmin edilmiş ştepsel çəngəli adapterindən istifadə edin AZ 5
Nəzarətlərin icmalı Nəzarət düymələri İşığı yandırıb/söndürmə düyməsi Yandırıb/söndürmə düyməsi Rejim keçidi düyməsi Displey paneli 6 AZ Wi-Fi indikatoru Avtomatik rejim 1-ci sürət 2-ci sürət Turbo rejim Yuxu rejimi PM2.
3 Başlamaq Filtri quraşdırmaq İlk dəfə istifadə etməzdən əvvəl filtrin qablaşdırma materiallarının hamısını çıxarın. Qeyd: Filtri quraşdırmazdan əvvəl hava təmizləyicisinin elektrik rozetkasından çıxarıldığına əmin olun. 1 1 2 3 4 5 2 3 4 5 Arxa örtüyü çəkib, cihazdan çıxarın. Filtri cihazdan çəkib çıxarın. Hava təmizləyicisi filtrinin qablaşdırma materiallarının hamısını çıxarın. Filtri yenidən cihaza yerləşdirin. Arxa örtüyü yenidən taxın.
Wi-Fi bağlantısı Wi-Fi bağlantısını ilk dəfə qurmaq App Store və ya Google Play-dən Philips "Air+" proqramını endirib quraşdırın. 2 Hava təmizləyicisini yandırmaq üçün onun ştepsel çəngəlini cərəyan yuvasına taxıb düyməsinə toxunun. » Wi-Fi indikatoru birinci dəfə narıncı rəngdə yanıb sönür. 3 Smartfon və ya planşetinizin Wi-Fi şəbəkənizə uğurla qoşulduğundan əmin olun. 4 "Air+" proqramını başladın və "Yeni Cihaz Qoşun" və ya ekranın yuxarısındakı "+" düyməsinə basın.
4 Hava təmizləyicisindən istifadə Hava keyfiyyəti işığını anlamaq Hava təmizləyicisi işə salındıqda hava keyfiyyəti işığı avtomatik olaraq yanır və bütün rənglər ardıcıllıqla işıqlanır. Təxminən 30 saniyədən sonra hissəcik sensoru havada daşınan hissəciklərin ətraf hava keyfiyyətinə uyğun rəngi seçir. Hava keyfiyyəti işığının rəngi PM2.5 və IAI oxucuları arasındakı ən yüksək indeksə görə müəyyən edilir.
Yandırıb söndürmə Qeyd: • Optimal təmizləmə performansı üçün qapı və pəncərələri bağlayın. • Pərdələri hava girişindən və ya hava çıxışından uzaq saxlayın. 1 Hava təmizləyicisinin ştepsel çəngəlini cərəyan yuvasına taxın. 2 Hava təmizləyicisini işə salmaq üçün üzərinə toxunun. » Hava təmizləyicisindən siqnal səsi gəlir. » İsinmə zamanı ekranda " " görünür. Sonra isə hava təmizləyicisi hava keyfiyyətini ölçüb, PM2.5/IAI səviyyəsini göstərir.
Turbo rejimi ( ): Turbo rejimində hava təmizləyicisi ən yüksək sürətdə işləyir. Yuxu rejimi ( ): Hava təmizləyicisi aşağı sürətdə işləyir. 3 saniyədən sonra ekranın işıqları sönür. Displey indikatorunu dəyişdirmək Qeyd: Cihaz standart olaraq PM2.5 səviyyəsini göstərir. • Displey indikatorunu IAI /PM2.5 arasında dəyişdirmək üçün saniyə toxunub saxlayın.
əməliyyat icra edilməsə, ətraf işığa uyğunlaşmaq üçün bütün işıqlar sönəcək və ya tutqunlaşacaq. Bütün işıqları və nəzarət panelini manual olaraq söndürmək üçün düyməsinə toxuna bilərsiniz. Bütün işıqları yandırmaq üçün istənilən düyməyə toxunun. 5 Təmizlik və baxım Qeyd: • Təmizləməzdən əvvəl hər zaman cihazın cərəyan bağlantısını kəsin. • Heç vaxt cihazı suya və ya hər hansı digər mayeyə toxundurmayın.
Hissəcik sensorunu təmizləmək Cihazın optimal işləməsi üçün hissəcik sensorunu hər 2 aydan bir təmizləyin. Qeyd: • Hava təmizləyicisi tozlu mühitdə istifadə edilirsə, daha tez-tez təmizlənməsi lazım ola bilər. • Otaqdakı nəm səviyyəsi çox yüksəkdirsə, hissəcik sensorunun üzərində kondensasiya damcıları yarana və havanın keyfiyyəti əslində yaxşı olsa da, hava keyfiyyəti işığı havanın keyfiyyətinin daha pis olduğunu göstərə bilər. Bu halda, hissəcik sensorunu təmizləyin.
3 2 4 Arxa örtüyü çəkib, cihazdan çıxarın. Filtri cihazdan çəkib çıxarın. Filtrin səthini tozsoran ilə təmizləyin. Filtri yenidən cihaza yerləşdirin. Arxa örtüyü yenidən taxın. Hava təmizləyicisinin ştepsel çəngəlini cərəyan yuvasına taxın. 8 Cihazı işə salmaq üçün düyməsinə toxunun. 9 Filtrin təmizlənmə vaxtını sıfırlamaq üçün və düyməsinə 3 saniyə toxunub saxlayın. 10 Filtri təmizlədikdən sonra əllərinizi yaxşıca yuyun.
Filtri dəyişdirmək Qeyd: • Filtri yumaq və ya yenidən istifadə etmək olmaz. • Filtrləri dəyişdirməzdən əvvəl həmişə hava təmizləyicisini söndürün və ştepsel rozetkasından çıxarın. 1 Filtr xəbərdarlığı işığının statusu Əməliyyat Filtr dəyişdirmə xəbərdarlığı yanır NanoProtect filtrini (FY1700/30) dəyişdirin Hava təmizləyicisini söndürün və cərəyan yuvasından çıxarın. 2 3 4 5 Arxa örtüyü çəkib, cihazdan çıxarın. Filtri cihazdan çəkib çıxarın. Yeni filtrin qablaşdırma materialının hamısını çıxarın.
Filtr sıfırlama Ekranda filtr dəyişdirmə xəbərdarlığı ( ) görünməzdən əvvəl də filtri dəyişdirə bilərsiniz. Filtri dəyişdirdikdən sonra filtrin istismar sayğacını manual olaraq sıfırlamalısınız. 1 Cihazı söndürmək və cərəyan yuvasından çıxarmaq üçün enerji düyməsinə 3 saniyə toxunun. 2 3 + 3s 2 3 Ştepsel çəngəlini cərəyan yuvasına taxın. Yandıqdan sonra 15 saniyə ərzində filtrin istismar sayğacını sıfırlamaq üçün və düyməsinə 3 saniyə toxunub saxlayın.
7 Nasazlıqların aradan qaldırılması Bu fəsildə cihazda qarşılaşa biləcəyiniz ən ümumi problemlər qeyd edilib. Problemi aşağıdakı məlumatlar ilə həll edə bilməsəniz, ölkənizdəki Müştəriyə Qulluq Mərkəzi ilə əlaqə saxlayın. Problem Mümkün həll Cihaz düzgün işləmir. • Filtri dəyişdirmə xəbərdarlığı davamlı olaraq yanıb, lakin müvafiq filtri dəyişdirməmisiniz. Nəticədə, cihaz hazırda kilidlidir. Bu halda, filtri dəyişdirin və filtrin istismar sayğacını sıfırlamaq üçün və düyməsinə toxunub saxlayın.
Problem Mümkün həll Cihazdan qəribə qoxu gəlir. • Cihazdan birinci dəfə istifadə etdiyiniz zaman ondan plastik qoxusu gələ bilər. Bu, normaldır. Buna baxmayaraq, filtrləri çıxarsanız da, cihazdan yanıq qoxusu gəlirsə, Philips satıcınız və ya səlahiyyətli Philips xidmət mərkəzi ilə əlaqə saxlayın. Otaqdakı qazları absorbsiya etdiyinə görə bir müddət istifadə edildikdən sonra filtrdən qoxu gələ bilər.
Problem Mümkün həll • • • • Wi-Fi quraşdırması uğurlu deyil. • • • • • Təmizləyicinizin qoşulduğu yönləndirici ikizolaqlıdırsa, və hazırda 2.4GHz şəbəkəsinə qoşuludursa, eyni yönləndiricinin (2.4GHz) başqa zolağına keçid edib, təmizləyicinizi yenidən əlaqələndirin. 5GHz şəbəkələri dəstəklənmir. Veb doğrulama şəbəkələri dəstəklənmir. Təmizləyicinin Wi-Fi yönləndiricisi aralığında olubolmadığını yoxlayın. Hava təmizləyicisini Wi-Fi yönləndiricisinə yaxınlaşaraq tapmağa cəıhd edə bilərsiniz.
Philips i Philips Shield Emblem su registrovani zaštitni znaci kompanije Koninklijke Philips N.V. və lisenziya əsasında istifadə edilir. Bu məhsul Versuni Holding B.V. tərəfindən istehsal olunub və onun məsuliyyəti altında satılır, həmçinin Versuni Holding B.V. bu məhsul ilə əlaqəli məsələlərdə zəmanətçidir. 2023 © Versuni Holding B.V. AC1715_user manual_v1.